Rövnəq Abdullayev milli komandanın baş məşqçisi ilə görüşüb

  Bölmə: Ölkə futbolu | 796 | 18:59 19-08-2020
Rövnəq Abdullayev milli komandanın baş məşqçisi ilə görüşüb

AFFA-nın prezidenti Rövnəq Abdullayev milli komandanın baş məşqçisi Canni De Byazi ilə görüşüb.

OLİMPSPORT xəbər verir ki,   AFFA prezidenti baş məşqçiyə yeni fəliyyətə başladığı işində uğurlar arzulayıb.

Canni De Byazi Bakıda olduğu müddətdə Premyer Liqa klublarının iştirakı ilə keçirilmiş yoxlama oyunlarını və bir neçə klubun məşq prosesini izlədiyi barədə məlumat verib. UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunlara hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki,  AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezident Elxan Məmmədov görüşdə iştirak edib


Digər xəbərlər