"Sevilya" tarixində 6-cı dəfə UEFA Avropa Liqasının qalibi olub

  Bölmə: Xarici futbol | 233 | 05:01 22-08-2020
"Sevilya" tarixində 6-cı dəfə UEFA Avropa Liqasının qalibi olub

Futbol üzrə UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün final görüşü keçirilib.

OLİMPSPORT  xəbər verir ki, Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda baş tutan görüşdə İtaliyanın “İnter” klubu İspaniyanın “Sevilya” komandası ilə qarşılaşıb.

Görüş “Sevilya” komandasının 3:2 hesabı ilə qələbəsi ilə başa çatıb. “Sevilya”nın heyətində Luk de Yonq (2), Dieqo Karlos, “İnter”in isə Romelu Lukaku və Dieqo Qodin fərqləniblər.

Beləliklə, “Sevilya” finalda qalib gələrək tarixində 6-ci dəfə UEFA Avropa Liqasının qalibi adı qazanıb. Komanda bu günə kimi beş dəfə - 2006-cı, 2007-ci, 2014-cü, 2015-ci, 2016-cı illərdə finala çıxıb və hamısında qalib gəlib. “İnter” isə dörd dəfə həlledici görüşdə oynamaq hüququ qazansa da, onların üçündə (1991, 1994, 1998) qalib gəlib.

“Sevilya” və “İnter” komandaları avrokuboklarda ilk dəfə üz-üzə gəliblər. İspaniyalılar buna qədər İtaliya təmsilçiləri ilə 13 dəfə qarşılaşıblar. “Sevilya” bu görüşlərin 6-da qələbə qazanıb, 2-də isə heç-heçəyə nail olub.

Xatırladaq ki, “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu (2:1), “İnter” isə Ukraynanın “Şaxtyor Donetsk” komandasını (5:0) məğlub edərək finala vəsiqə qazanıb.


Digər xəbərlər