"Neftçi" yeni mövsümə qələbə ilə başladı

  Bölmə: Ölkə futbolu | 387 | 05:06 22-08-2020
"Neftçi" yeni mövsümə qələbə ilə başladı

 Avqustun 21-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.

OLİMPSPORT  xəbər verir ki, ilk oyun gününün ikinci qarşılaşmasında “Neftçi” öz meydanında “Səbail” komandasını qəbul edib. “Bakcell Arena” stadionunda baş tutan görüşdə “Neftçi” 2:1 hesabı ilə qalib gəlib.

“Neftçi”nin heyətində hər iki qolu Namiq Ələsgərov (16, 66) vurub. “Səbail”in isə yeganə qoluna Peyman Keşavarz imza atıb.

Beləliklə, “flaqman” yeni mövsümə qalibiyyətlər başlayıb.

Xatırladaq ki, turun ilk oyununda “Keşlə” səfərdə “Sumqayıt” klubunu məğlub edib - 1:0.

Turun digər iki görüşündə “Qarabağ” klubu “Sabah”ı, “Qəbələ” isə “Zirə”ni qəbul edəcək. Həmin görüşlər müvafiq olaraq avqustun 22-də və 23-də keçiriləcək.


Digər xəbərlər