Azərbaycan Premyer Liqası: Mövsümün ilk bərabərliyi qeydə alındı

  Bölmə: Ölkə futbolu | 345 | 21:19 23-08-2020
Azərbaycan Premyer Liqası: Mövsümün ilk bərabərliyi qeydə alındı

Avqustun 23-də futbol üzrə Azərbaycan Premyer Liqasında 2020-2021-ci il mövsümünün birinci turunun növbəti oyunu keçirilib.

OLİMPSPORT  xəbər verir ki, turun üçüncü oyun günündə “Qəbələ” öz meydanında “Zirə”ni qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan görüşdə qalib müəyyənləşməyib - 1:1.

Oyunda hesabı 3-cü dəqiqə meydan sahibləri açıblar. Asif Məmmədov fərqlənib. Matçın 28-ci dəqiqəsində paytaxt təmsilçisi Ağabala Ramazanovun sayəsində hesaba tarazlıq gətirib.

Qeyd edək ki, turun digər oyunlarında “Keşlə” səfərdə “Sumqayıt”ı minimal hesabla üstələyib-1:0. “Neftçi” öz meydanında “Səbail”i (2:1), “Qarabağ” isə “Sabah”ı (2:0) məğlub edib.


Digər xəbərlər