"Qarabağ" heyətinə yeni futbolçu cəlb edib

  Bölmə: Ölkə futbolu | 207 | 18:25 28-08-2020
"Qarabağ" heyətinə yeni futbolçu cəlb edib

Patrik Andrade  "Qarabağ" klubunun heyətinə qatılıb

"Qarabağ" yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir. OLİMPSPORT klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda  uzun müddət davam edən danışıqların nəticəsində Bolqarıstanın "Çeno More" klubunda forma geyinən Patrik Andradeni heyətinə qatıb.

Kabo-verdili yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb. 27 yaşlı futbolçu Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.

Xatırladaq ki, "Qarabağ" yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina, Uroş Matiçi də heyətinə cəlb edib. 


Digər xəbərlər