"Neftçi" nin baş məşqçisi rəqibi "Qalatasaray" haqqında: "Meydana qələbə qazanmaq üçün çıxacağıq"

  Bölmə: Ölkə futbolu | 214 | 17:16 31-08-2020
"Neftçi" nin baş məşqçisi rəqibi "Qalatasaray" haqqında: "Meydana qələbə qazanmaq üçün çıxacağıq"

Bakının “Neftçi” futbol klubunun baş məşqçisi Füzuli Məmmədov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib.

OLİMPSPORT  xəbər verir ki, o, komandanın meydana qələbə qazanmaq üçün çıxacağını deyib: “Püşkatmadan əvvəl də demişdim, potensial rəqiblərimizdən hansı ilə düşəcəyimizin fərqi yoxdur. Çünki üçü də güclü komandadır. Amma əsas istəyimiz evdə oynamaq idi ki, bu da oldu. “Qalatasaray” Türkiyənin ən böyük komandalarından biridir. Rəqibə hörmətlə yanaşırıq, lakin bizim də hədəfimiz var. Meydana qələbə qazanmaq üçün çıxacağıq”, - deyə F.Məmmədov əlavə edib.

Qeyd edək ki, “Neftçi”–“Qalatasaray” oyunu sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək.


Digər xəbərlər