Nazim Süleymanov: "Millimiz baş məşqçisiz bundan yaxşı nəticə göstərərdi, nəinki bu nəticəni"

  Bölmə: Ölkə futbolu | 362 | 09:01 06-09-2020
Nazim Süleymanov: "Millimiz baş məşqçisiz bundan yaxşı nəticə göstərərdi, nəinki bu nəticəni"

Futbol üzrə Azərbaycan yığmasının keçmiş üzvü, PRO kateqoriyalı məşqçi, AFFA  Həmkarlar İttifaqının (AFFA Hİ) sədri Nazim Süleymanov sentyabrın 5-də keçirilən UEFA Millətlər Liqasının 2020-2021-ci illər mövsümünün ilk qarşılaşmasında Azərbaycan millisinin Lüksemburqa məğlub (1:2) olmasına münasibət bildirib.

Nazim Süleymanov “Olimpsport.az”ın suallarını cavablandırıb.

- Nazim müəllim, yəqin ki, millimizin Lüksemburqla oyununu izlədiniz. Belə bir nəticəyə nə ad verərdiniz?

- Bəli izlədim. Lüksemburq sadəcə bizə futbol dərsi keçdi. Bundan başqa nə ad verəsən?

- Məğlubiyyətin əsas səbəbini nədə və kimdə görürsünüz?

- Futbolumuzun günü gündən inkişaf etməsini tərifləyib, dilə gətirən futbol ictimaiyyətinin nümayəndələrində. Bəyi bir dəfə tərifləyərlər də! Yüz dəfə yox ki! Səbəb bir deyil, iki deyil. Çempionatın səviyyəsi olmalıdır ki, millimizin də səviyyəsi qalxsın də. Millinin futbolçuları göydən düşmür ki? Azərbaycan çempionatından seçilir. Hələ biz Bakı çempionatı keçiririk, ondan qala Azərbaycan çempionatı. Məgər, bundan başqa nəticə gözlənilirdi ki?

- AFFA yerli məşqçilərə güvənməyib, növbəti dəfə milliyə legioner məşqçi gətirdi. Sizcə, Lüksemburq kimi cırtdan ölkənin millisinə doğma meydanda məğlub olmaq üçün Canni de Byazinin bizim məşqçilərdən hansı keyfiyyəti, hansı bacarığı artıq idi? Yəni bundan aşağı biabırçı bir nəticə varmı ki, öz məşqçilərimiz ona imza ata bilərdi?

- Uduzmaq üçün bacarıq lazım deyil ki.  Bacarıqsız da buna nail olmaq olar. Bunu biz De Byazinin ifasında da gördük. O neylədi ki? Hansı bacarığını göstərdi? Elə uduzmaq-uduzmaqdırsa, qoy çıxıb öz yerli məşqçilərimiz uduzsun də! Pulumuz da qalar cibimizdə. Bunu nə qədər demək olar?

- Ümumiyyətlə futbol qaydaları imkan versəydi, millimiz baş məşqçisiz meydana çıxıb, minimum bu nəticəni göstərə bilərdimi?

- Millimiz baş məşqçisiz bundan yaxşı nəticə göstərərdi, nəinki bu nəticəni.

Ramin TƏYYAROĞLU 


Digər xəbərlər