"Qarabağ" - "Molde" matçının hakimləri bəlli olub

  Bölmə: Ölkə futbolu | 109 | 13:02 10-09-2020
"Qarabağ" - "Molde" matçının hakimləri bəlli olub

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" oyunu üçün hakim təyinatlarını açıqlayıb.

OLİMPSPORT xəbər verir ki,   matçı Serbiya Futbol Federasiyasından Srcan Yovanoviç idarə edəcək. Ona Uroş Stoykoviç və Milan Mixayloviç köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Novak Simoviç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 16-da Kiprin Larnaka şəhərindəki "AEK Arena"da oynanılacaq matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. 


Digər xəbərlər