"Neftçi" "Qalatasaray " la matç öncəsi "Sumqayıt" a məğlub olub

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci tura start verilib.
OLİMPSPORT xəbər verir ki, günün ilk matçında “Neftçi” klubu “Sumqayıt”ı qəbul edib. “Bakcell Arena”da keçirilmiş oyun “Neftçi”nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Görüşdə hesab 14-cü dəqiqədə açılıb. “Sumqayıt”ın iranlı hücumçusu Əli Qurbani fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Görüşün 83-cü dəqiqəsində meydan sahiblərinin heyətində Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Beləliklə, ilk turda “Keşlə”yə məğlub olan “Sumqayıt” yeni mövsümdə ilk 3 xalı aktivinə yazdırıb. Birinci turda “Səbail”i məğlub edən “Neftçi” də eyni xala malikdir.
Qeyd edək ki, günün digər matçında son çempion “Qarabağ” səfərdə “Keşlə” ilə üz-üzə gələcək. Tura sabah keçiriləcək “Səbail”-“Zirə” və sentyabrın 13-də baş tutacaq “Sabah”-“Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.
-
Azərbaycan Premyer Liqasının qış fasiləsi başa çatıb
...
-
Azərbaycan Premyer Liqası: "Neftçi" qış çempionu oldu
...
-
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib
...
-
Azərbaycan Premyer Liqası: "Neftçi" liderliyə yüksəlib
...
-
Koronavirus "Qarabağ" dan əl çəkmir - "Vilyareal" la matç baş tutmayacaq
...
-
Futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan bu qrupa düşüb
...
-
"Qarabağ" ın daha 5 futbolçusu koronavirusa yoluxub
...
-
Qurban Qurbanovsuz "Qarabağ" qrup mərhələsində ilk xalını qazanıb
...
-
Azərbaycan Premyer Liqası: "Sumqayıt" evdə uduzdu
...
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" səfərdə "Səbail" klubu ilə heç-heçə edib - "Keşlə" növbəti xalını itirib
...