"Neftçi" "Qalatasaray " la matç öncəsi "Sumqayıt" a məğlub olub

  Bölmə: Ölkə futbolu | 129 | 22:03 11-09-2020
"Neftçi" "Qalatasaray " la matç öncəsi "Sumqayıt" a məğlub olub

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci tura start verilib.

OLİMPSPORT  xəbər verir ki, günün ilk matçında “Neftçi” klubu “Sumqayıt”ı qəbul edib. “Bakcell Arena”da keçirilmiş oyun “Neftçi”nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Görüşdə hesab 14-cü dəqiqədə açılıb. “Sumqayıt”ın iranlı hücumçusu Əli Qurbani fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Görüşün 83-cü dəqiqəsində meydan sahiblərinin heyətində Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Beləliklə, ilk turda “Keşlə”yə məğlub olan “Sumqayıt” yeni mövsümdə ilk 3 xalı aktivinə yazdırıb. Birinci turda “Səbail”i məğlub edən “Neftçi” də eyni xala malikdir.

Qeyd edək ki, günün digər matçında son çempion “Qarabağ” səfərdə “Keşlə” ilə üz-üzə gələcək. Tura sabah keçiriləcək “Səbail”-“Zirə” və sentyabrın 13-də baş tutacaq “Sabah”-“Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.


Digər xəbərlər