"Neftçi" "Qalatasaray " la matç öncəsi "Sumqayıt" a məğlub olub

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci tura start verilib.
OLİMPSPORT xəbər verir ki, günün ilk matçında “Neftçi” klubu “Sumqayıt”ı qəbul edib. “Bakcell Arena”da keçirilmiş oyun “Neftçi”nin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Görüşdə hesab 14-cü dəqiqədə açılıb. “Sumqayıt”ın iranlı hücumçusu Əli Qurbani fərqlənib. Forvard 46-cı dəqiqədə özünün və komandasının ikinci qoluna imza atıb. Görüşün 83-cü dəqiqəsində meydan sahiblərinin heyətində Anton Krivotsyuk ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Beləliklə, ilk turda “Keşlə”yə məğlub olan “Sumqayıt” yeni mövsümdə ilk 3 xalı aktivinə yazdırıb. Birinci turda “Səbail”i məğlub edən “Neftçi” də eyni xala malikdir.
Qeyd edək ki, günün digər matçında son çempion “Qarabağ” səfərdə “Keşlə” ilə üz-üzə gələcək. Tura sabah keçiriləcək “Səbail”-“Zirə” və sentyabrın 13-də baş tutacaq “Sabah”-“Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.
-
"Keşlə" komandasına yeni məşqçi təyin olunub
...
-
Ölkə kubokunun 1/4 final mərhələsinin birinci və cavab oyunlarının təqvimi müəyyənləşib
...
-
Yaşar Vahabzadə, Vidadi Rzayev və Nadir Şükürov Premyer Liqa komandasına futbol dərsi keçdilər
...
-
Yunis Hüseynov istefa verib
...
-
Azərbaycan Premyer Liqasının 2-ci dövrəsi başa çatıb
...
-
Azərbaycan Premyer Liqasının qış fasiləsi başa çatıb
...
-
Azərbaycan Premyer Liqası: "Neftçi" qış çempionu oldu
...
-
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib
...
-
Azərbaycan Premyer Liqası: "Neftçi" liderliyə yüksəlib
...
-
Koronavirus "Qarabağ" dan əl çəkmir - "Vilyareal" la matç baş tutmayacaq
...