Azərbaycan Premyer Liqası: "Qarabağ" Kiprə heç-heçə ilə yollanır

  Bölmə: Ölkə futbolu | 106 | 10:26 12-09-2020
Azərbaycan Premyer Liqası: "Qarabağ" Kiprə heç-heçə ilə yollanır

Sentyabrın 11-də futbol üzrə Azərbaycan Premyer Liqasında ikinci turun növbəti oyunu keçirilib.

OLİMPSPORT 

Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 4-ə çatdıran “Qarabağ” liderliyini qoruyub. Eyni xala malik “Keşlə” isə 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, "Qarabağ" 16 sentyabrda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində İsveçin "Molde" klubu ilə neytral ölkə olan Kiprin Larnaka şəhərində qarşılaşacaq.

Günün digər oyununda “Neftçi” öz meydanında “Sumqayıt”a 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura sentyabrın 12-də keçiriləcək “Səbail”- “Zirə” və sentyabrın 13-də baş tutacaq “Sabah” – “Qəbələ” qarşılaşmaları ilə yekun vurulacaq.


Digər xəbərlər