Azərbaycan Premyer Liqası: "Rəşad Sadıqovun komandası məğlub oldu

  Bölmə: Ölkə futbolu | 640 | 22:17 20-09-2020
Azərbaycan Premyer Liqası: "Rəşad Sadıqovun komandası məğlub oldu

Sentyabrın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

OLİMPSPORT  xəbər verir ki, "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşma qonaq komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah"ın heyətində Xulio Sezar Rodrigez 51-ci dəqiqədə fərqlənib. Görüşün 90+2-ci dəqiqəsində isə Kevin Kubemba fərqi artırıb.

Bu qələbə nəticəsində "Sabah" xallarının sayını 6-ya çatdırıb, cari mövsüm ilk dəfə məğlub olan "Zirə"nin isə 4 xalı var. 


Digər xəbərlər