Azərbaycan Premyer Liqası: "Neftçi" "Qarabağ"ı 5-ci yerə göndərdi

  Bölmə: Ölkə futbolu | 566 | 23:40 20-09-2020
Azərbaycan Premyer Liqası: "Neftçi" "Qarabağ"ı 5-ci yerə göndərdi

Sentyabrın 20-də futbol üzrə Azərbaycan Premyer Liqasında üçüncü tura yekun vurulub.

OLİMPSPORT xəbər verir ki, turun son və mərkəzi görüşündə əzəli rəqiblər - “Qarabağ” və “Neftçi” üz-üzə gəlib.

“Azərsun Arena”da keçirilən görüşdə qonaqlar 2:1 hesablı qələbə qazanıblar. Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra “Neftçi” Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə “ağ-qaralar” daha bir qol vurublar. Oyunun 68-ci dəqiqəsində Namiq Ələsgərov qapıçı ilə dueldən qalib ayrılaraq topu boş qapıya göndərib – 1:2.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran “Neftçi” 3-cü pilləyə yüksəlib. “Qarabağ” isə 4 xalla beşinci sıradadır.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. “Qəbələ” öz meydanında “Keşlə” ilə qolsuz heç-heçə edib. “Sumqayıt” doğma meydanda “Səbail”ə 2:1 hesabı ilə qalib gəlib. Sentyabrın 20-də isə “Sabah” səfərdə “Zirə”ni məğlubiyyətə uğradıb - 2:0.


Digər xəbərlər