Azərbaycan Premyer Liqası: "Keşlə" ilk məğlubiyyətini "Zirə" dən aldı

  Bölmə: Ölkə futbolu | 679 | 23:35 26-09-2020
Azərbaycan Premyer Liqası: "Keşlə" ilk məğlubiyyətini "Zirə" dən aldı

Sentyabrın 26-da futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun növbəti oyunu keçirilib.

OLİMPSPORT xəbər verir ki, turun üçüncü matçında "Keşlə" "Zirə"ni qəbul edib. "ASK Arena"dakı qarşılaşma "Zirə"nin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qol 10-cu dəqiqədə vurulub. "Keşlə"nin heyətində Silvio Rodriqes fərqlənib. 21-ci dəqiqədə "Zirə" Klesio Baukun qolu sayəsində hesabı bərabərləşdirib. İlk hissə bu hesabla başa çatıb. 54-cü dəqiqədə Dmitro Klots meydan sahiblərini yenidən hesabda önə keçirib. 68-ci dəqiqədə Klesio Bauk özünün və komandasının ikinci qoluna imza atıb. "Zirə"nin gürcüstanlı hücumçusu Davit Volkok 79-cu dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bu nəticədən sonra xallarının sayını 7-ə yüksəldən "Zirə" 1-2-ci, 5 xalı olan "Keşlə" isə 5-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, turun digər matçlarında "Qarabağ" "Sumqayıt"la heç-heçə edib - 2:2, "Səbail" "Sabah"a qalib gəlib - 2:1.

Tura sentyabrın 27-də keçiriləcək "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq.


Digər xəbərlər