Azərbaycan Premyer Liqasının 7-ci turuna yekun vurulub

  Bölmə: Ölkə futbolu | 523 | 19:26 25-10-2020
Azərbaycan Premyer Liqasının 7-ci turuna yekun vurulub

Azərbaycan Premyer Liqasının7-ci turuna yekun vurulub 

OLİMPSPORT xəbər verir ki, turun sonuncu oyun günündə 2 matç keçirilib. “Sabah” doğma meydanda “Sumqayıt”a 1:2 hesabı ilə uduzub. Bu qələbə ilə "Sumqayıt" yenidən liderliyə yüksəlib .

Turun son qarşılaşmasında isə “Qarabağ” “Zirə”nin qonağı olub. Görüş qolsuz bərabərliklə başa çatıb. Bu, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun futbolçu karyerası ərzində uzun illər oynadığı "Qarabağ"a qarşı ilk matçı olub.

Azərbaycan Premyer Liqası, 7-ci tur

25 oktyabr 16:00.“Zirə” - “Qarabağ” - 0:0

Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev

Qırmızı vərəqə: Rahil Məmmədov, 68-iki sarı vərəqə ("Qarabağ")

Zirə İdman Kompleksinin stadionu

14:00.“Sabah” - “Sumqayıt” - 1:2

Qol: Qurbani, 27 (0:1), İmamverdiyev, 64 (1:1), Abdullazadə 90+5 (1:2)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev

Bank Respublika Arena

24 oktyabr “Keşlə” - “Neftçi” - 0:1 “Qəbələ” - “Səbail” - 1:1


Digər xəbərlər