Azərbaycan Premyer Liqasının 9-cu turuna start verilib

  Bölmə: Ölkə futbolu | 293 | 20:54 07-11-2020
Azərbaycan Premyer Liqasının 9-cu turuna start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında IX turun iki oyunu keçirilib.

OLİMPSPORT xəbər verir ki, “Səbail” klubu çempionatın lideri “Sumqayıt”ı qəbul edib. Qarşılaşma paytaxt təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Səbail”in heyətində Rauf Əliyev 42, Adil Nağıyev isə 77-ci dəqiqədə fərqlənib. “Gənclik şəhəri” təmsilçisində Rəhim Sadıxov 84-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib. Bu nəticədən sonra bir oyun az keçirən və xallarının sayını 9-da çatdıran “Səbail” 6-cı pilləyə yüksəlib. “Sumqayıt” isə hələ ki, 15 xalla liderdir.

Qeyd edək ki, günün ilk matçında “Keşlə” “Qəbələ”ni 3:1 hesabı ilə üstələyib.

IX tura noyabrın 8-də keçiriləcək “Neftçi” – “Qarabağ” və “Sabah” – “Zirə” matçları ilə yekun vurulacaq.


Digər xəbərlər