Rusiyada güləş üzrə Moskva "Qran-prisi" keçirilib

  Bölmə: Güləş | 253 | 21:14 08-11-2020
Rusiyada güləş üzrə Moskva "Qran-prisi" keçirilib

Noyabrın 7-8-də Rusiyada Moskva "Qran-pri"si keçirilib.

OLİMPSPORT xəbər verir ki, güləşin bütün növləri üzrə təşkil olunan turnirdə ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında sərbəst güləş yığmamızın bir neçə üzvü təmsil edib.

Olimpiya çəkiləri üzrə keçirilən yarışda 97 kq-da qüvvəsini sınayan Şamil Zubairov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İslam Bazarqanov (57 kq) və Davud İbrahimov (65 kq) gümüş medal əldə edib. Gitinoməhəmməd Hacıyev (74 kq) və Osman Nurməhəmmədov (86 kq) isə "Qran-pri"ni üçüncü pillədə başa vurub.

Beləliklə, komandamız turnirdə 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.

Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib.


Digər xəbərlər