Respublika Olimpiya Mərkəzi (ROM) əsaslı təmir olunub

  Bölmə: Maqazin | 159 | 19:03 16-11-2020
Respublika Olimpiya Mərkəzi (ROM) əsaslı təmir olunub

Əsaslı təmir işlərindən sonra Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov və Milli Olimpiya Komitəsinin vitse prezidenti Çingiz Hüseynzadə Respublika Olimpiya Mərkəzi (ROM) ilə tanış olublar.

OLİMPSPORT Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Respublika Olimpiya Mərkəzinin zirzəmi hissəsində, birinci və ikinci mərtəbələrində söküntü işləri aparılmış, söküntü işlərindən sonra zirzəmi, birinci və ikinci mərtəbələrində təmir işləri görülmüşdür.

Respublika Olimpiya Mərkəzinin zirzəmi, birinci və ikinci mərtəbələrində pilləkənlər mərmər piltələrlə üzlənmiş, metal, metal-plastik və avropa tipli qapılar, metal-plastik pəncərələr və alüminium vitrajlar quraşdırılmış, döşəmələr hissəsində metlax tavalar, keromoqranit döşəmələr və laminat, idman zalında poliment örtük, rezin örtük, xüsusi idman örtüyü vurulmuş, uzununa tullanma idman növü üçün kvars qumu qoyulmuşdur. Dam örtüyündə metal konstruksiya rənglənmiş, sinklənmiş metaldan aralıqlar vurulmuş, sendviç panel örtüyü, su axıdan borular və qıflar quraşdırılmış, eyvan hissəsində isə döşəməyə ruberoid ilə izolyasiya edilmiş, daxili bəzək işləri görülmüşdür. Mərkəzdə bir ədəd sauna, hol hissəsində isə guşə quraşdırılmışdır. Mərkəzin fasadının çirklərdən təmizlənməsi, üzlük daşlarının üzlərinin cilalanması, tarket suvaq, sement suvaq, boya, əhəng daşlar ilə sütunlar və qarnizlər vurulmuş, bəzək elementlərin görülməsi və Respublika Olimpiya Mərkəzi adının yazılması, fasadın işıqlanması işləri görülmüşdür. Mərkəzin elektrik təchizatı və güc avadanlığı, elektrik işıqlanma, sahə daxili işıqlanma, su təchizatı və kürbənd sistemi, soyuq və yanğına qarşı su sistemi, isti su, kanalizasiya, istilik-ventilyasiya, isitmə, kondisionerləşdirmə, ventilyasiya, video müşahidə, telekommunikasiya, yanğın siqnalizasiya və səs gücləndirici sistemləri quraşdırılmış, turniket, əlillər üçün qaldırıcı qurğu, əl-üz yuyan, çaşa, su qızdırıcı cihazlar qoyulmuşdur. Mərkəzin asfalt, səki daşları və bardurları sökülərək yenisi ilə əvəz olunmuş, həyətyanı sahəsində dekorotiv kollar və ağaclar əkilmişdir.


Digər xəbərlər