Azərbaycan güləş ictimaiyyəti ağır itki ilə üzləşib

  Bölmə: Maqazin | 306 | 12:50 18-11-2020
Azərbaycan güləş ictimaiyyəti ağır itki ilə üzləşib

Azərbaycan güləş ictimaiyyəti ağır itki ilə üzləşib.

OLİMPSPORT xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət millimizin məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib.

Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərbaycan çempionatının qalibi olan, xüsusən qadın güləşinin inkişafında böyük pay sahibi olan İ.Hüseynov uzun illərdi qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərirdi.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, məşqçilər və idmançı heyəti mərhumun yaxınlarına və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.

Biz də OLİMPSPORT ailəsindən mərhuma Allahdan rəhmət diləyirik. 

Allah rəhmət eləsin.


Digər xəbərlər