Azərbaycan Premyer Liqası: "Qarabağ" liderliyi darmadağınla ələ keçirdi

  Bölmə: Ölkə futbolu | 72 | 07:44 22-11-2020
Azərbaycan Premyer Liqası: "Qarabağ" liderliyi darmadağınla ələ keçirdi

21 noyabrda Azərbaycan Premyer Liqasının X turuna start verilib 

OLİMPSPORT  xəbər verir ki, ilk oyun günündə bir matç keçirilib. Son illərin dəyişməz çempionu “Qarabağ” öz meydanında lider “Sumqayıt”la qarşılaşıb. Görüş Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Bu matça qədər komandalar bərabər xala malik olsalar da, "Qarabağ" qalib gələrək, turnir cədvəlinin vahid liderinə çevrilib.

Qeyd edək ki, həmin gün nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.


Digər xəbərlər