Bu gün Azərbaycan Premyer Liqasının daha iki oyunu keçirilib

  Bölmə: Ölkə futbolu | 97 | 21:18 22-11-2020
Bu gün Azərbaycan Premyer Liqasının daha iki oyunu keçirilib

Bu gün Azərbaycan Premyer Liqasında 10-cu turun növbəti matçları keçirilib.

OLİMPSPORT xəbər verir ki, "Qəbələ" doğma meydanda "Neftçi"ni qəbul edib. Qarşılaşma paytaxt klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər qarşılaşmasında isə "Keşlə" "Zirə"nin qonağı olub və 1:3 hesabı ilə uduzub. "Zirə" bu qələbə ilə 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, ötən günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün sabah keçiriləcək.

22 noyabr (bazar)

16:00. “Zirə” – “Keşlə” - 3:1 Qollar: Çantakias, 33 (1:0), Ramazanov, 60 (2:0), Bauk, 72 öz qapısına (2:1), Bauk, 90+4 (3:1) Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev Zirə İdman Kompleksinin stadionu

14:00. “Qəbələ” – “Neftçi” - 1:4 Qollar: Krivotsyuk, 38 (0:1), 51 (0:2), Ələsgərov, 57 (0:3), Nəbiyev, 60 (1:3), İbara, 90+3 (1:4) Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Müslüm Əliyev, Namiq Bəkirov Qəbələ şəhər stadionu

23 noyabr

16:00. "Sabah" - "Səbail" Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov Bank Respublika Arena

21 noyabr 16:00. "Qarabağ" - "Sumqayıt" - 6:1


Digər xəbərlər