Diego Maradona dünyasını dəyişdi

  Bölmə: Maqazin | 1226 | 06:51 26-11-2020
Diego Maradona dünyasını dəyişdi

Dünya şöhrətli futbolçu Dieqo Maradona ürək tutmasından 60 yaşında vəfat edib.

OLİMPSPORT xəbər verir ki, bununla bağlı Argentinada 3 günlük matəm elan edilib. Noyabrın 2-də veteran futbolçu La-Plata şəhərində xəstəxanaya yerləşdirilmişdi. Həkiminin dediyinə görə, argentinalı öz istəyi ilə tibbi müayinədən keçirilmiş, onda subdural hematoma xəstəliyi aşkarlanmışdı. Bundan sonra Maradonanın üzərində uğurlu cərrahiyyə əməliyyatı aparılmış, noyabrın 12-də o, xəstəxanada evə buraxılmışdı.


Digər xəbərlər