Qurban Qurbanov da koronavirusa yoluxub

  Bölmə: Maqazin | 700 | 20:17 29-11-2020
Qurban Qurbanov da koronavirusa yoluxub

Qurban Qurbanov koronavirusa yoluxub

OLİMPSPORT xəbər verir ki, bunu onun köməkçisi Elçin Rəhmanov Azərbaycan Premyer Liqasının 11-ci turunda bu gün "Səbail"lə keçirilən görüşdən (1:1) sonra mətbuat konfransında deyib. O qeyd edib ki, Qurbanovun COVİD-lə bağlı ilk testi pozitiv çıxıb, səhhəti yaxşıdır. Məhz bu səbəbdən baş məşqçi bugünkü oyunda komandasının yanında olmayıb. O, ötən gün işğaldan azad olunmuş Ağdam səfərində də eyni səbəbdən iştirak etməyib.

Xatırladaq ki, Qurban Qurbanovun Ağdama komanda ilə birgə səfər etməməsi "Qarabağ" azarkeşləri tərəfindən şiddətlə qınanmışdı. 


Digər xəbərlər