Azərbaycan Premyer Liqası: "Sumqayıt" evdə uduzdu

  Bölmə: Ölkə futbolu | 578 | 18:55 30-11-2020
Azərbaycan Premyer Liqası: "Sumqayıt" evdə uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci turun son oyunu keçirilib.

OLİMPSPORT xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Qəbələ"ni qəbul edib. Matç meydan sahiblərinin 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, noyabrın 28-i keçirilməsi nəzərdə tutulan sözügedən matç qonaq komandanın heyətində koronavirusa kütləvi yoluxma qeydə alındığı üçün təxirə salınmışdı.

30 noyabr (bazar ertəsi) 16:00. "Sumqayıt" - "Qəbələ" - 0:1 Qol: Utriq, 16 Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Səbuhi Bayramov "Kapital Bank Arena"


Digər xəbərlər