"Qarabağ" ın daha 5 futbolçusu koronavirusa yoluxub

  Bölmə: Ölkə futbolu | 1222 | 13:41 05-12-2020
"Qarabağ" ın daha 5 futbolçusu koronavirusa yoluxub

"Qarabağ" FK-dan açıqlama

 "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib. OLİMPSPORT klubun rəsmi saytına istinadən xəbər verir ki, testin nəticələrinə görə Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov və Kevin Medinada koronavirus aşkarlanıb.

Xatırladaq ki,  daha öncə isə testin nəticəsi pozitiv olan Mahir Emreli və Abbas Hüseynov da müalicələrini davam etdirir.

Qeyd edək ki,  milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb. 


Digər xəbərlər