Sərbəst güləş millimiz Serbiyada Heydər Əliyevin abidəsini ziyarət edib

  Bölmə: Güləş | 472 | 17:18 15-12-2020
Sərbəst güləş millimiz Serbiyada Heydər Əliyevin abidəsini ziyarət edib

Bu gün Dünya Güləş Birliyinin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev və sərbəst güləş yığmamız Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.

OLİMPSPORT xəbər verir ki, AGF-nin rəhbəri və millimizin üzvləri Serbiyanın paytaxtı Belqradın mərkəzi parkı “Taşmaydan”da yerləşən Azərbaycan Respublikasının mərhum prezidentinin heykəli önünə əklillər qoyaraq, xatirəsini yad ediblər.

Xatırladaq ki, bu abidə 2011-ci ildə həmin parkda salınıb.

Qeyd edək ki, Fərdi Dünya Kubokunda sərbəst güləş üzrə mübarizəyə sabah start veriləcək. Dekabrın 18-dək davam edəcək yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Rəşad Yusifli (79 kq), Abubakr Abakarov (86 kq), Hacımurad Məhəmmədsəidov (92 kq), Şamil Zubairov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək. Bu gün püşkatma mərasimi keçiriləcək və güləşçilərimizin ilk rəqibləri müəyyənləşəcək.


Digər xəbərlər