Fərdi Dünya Kuboku: Elis Manolova bürünc medal qazanıb

  Bölmə: Güləş | 488 | 22:44 16-12-2020
Fərdi Dünya Kuboku: Elis Manolova bürünc medal qazanıb

Serbiyanın paytaxtı Belqradda güləş üzrə Fərdi Dünya Kuboku davam edir. Dördüncü yarış günündə 57, 59, 65, 68 və 76 kq-da çıxış edən qadın güləşçilər mübarizəyə qoşulub. OLİMPSPORT xəbər verir ki, Alyona Kolesnik ilk görüşdə hindistanlı güləşçiyə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Kolesnik dekabrın 16-da təsəlliverici görüşə çıxıb və alman həmkarına qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Həlledici görüşdə sonuncu xal prinsipinə əsasən Kolesnik 5-ci olub.

Mübarizəyə 1/4 finaldan start verən Elis Manolova isə Moldova təmsilçisinə uduzub. Rəqib finaladək irəliləyib. Bu isə Elisə bürünc medal uğrunda mübarizə aparmaq şansı yaradıb. Türkiyə güləşçisini üstələyən Elis fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

57 kq

1/8 final: Alyona Kolesnik - Anşu Anşu (İND) 2:4 Təsəlliverici görüş: Alyona Kolesnik - Laura Mertens (GER) 4:1 Bürünc medal görüşü: Alyona Kolesnik - Veronika Çumikova (RUS) 2:2*

65 kq

1/4 final: Elis Manolova - İrina Rinqaçi (MDA) 0:6 Bürünc medal görüşü: Elis Manolova - Aslı Demir (TUR) 4:0


Digər xəbərlər