Hacı Əliyevin yarımfinalda məğlub olmasının səbəbi bu imiş

  Bölmə: Güləş | 603 | 21:24 17-12-2020
Hacı Əliyevin yarımfinalda məğlub olmasının səbəbi bu imiş

Hacı Əliyevin yarımfinalda məğlub olmasının səbəbi bu imiş

Serbiyada güləş üzrə Fərdi Dünya Kuboku davam edir. OLİMPSPORT xəbər verir ki, bu gün 65 kq çəki dərəcəsində mübarizəyə qoşulmuş üçqat dünya və üçqat Avropa çempionumuz, Olimpiya mükafatçımız Hacı Əliyev yarımfinalda macarıstanlı rəqibinə heç-heçəli (6:6*) texniki hesabla məğlub olub.

Qeyd edək ki, mübarizəyə əla start verən komandamızın təcrübəli bahadırı ilk görüşündə prinsipial rəqibi olan rusiyalı Hacımurad Rəşidova qalib gələrək adını 1/4 finala yazdırıb. Yarımfinal uğrunda Hacı Əliyev kırğız rəqibinə də 6:4 hesabı ilə qalib gəlib. Lakin aldığımız etibarlı mənbələrdən məlum olub ki, Hacı Əliyev bu görüşdə qabırğasından ciddi zədə alıb. Elə bu səbəbdən də güləşçimiz yarımfinalda tam gücü ilə mübarizə apara bilməyib və macarıstanlı rəqibinə məğlub olub.


Digər xəbərlər