Azərbaycan Premyer Liqası: "Neftçi" qış çempionu oldu

  Bölmə: Ölkə futbolu | 394 | 00:24 25-12-2020
Azərbaycan Premyer Liqası: "Neftçi" qış çempionu oldu

Dekabrın 24-də Azərbaycan Premyer Liqasında 2020-ci ilin son oyunları keçirilib.

OLİMPSPORT xəbər verir ki, 13-cü turun bütün görüşləri eyni gündə olub. "Qarabağ" evdə "Zirə" ilə qarşılaşıb. Ağdam klubu bu matçda 3:2 hesablı əzmkar qələbə qazanıb.

"Səbail" doğma meydanda "Qəbələ"yə 1:2 hesabı ilə uduzub.

"Sumqayıt" isə evdə eyni hesabla "Sabah"a məğlub olub.

Günün son qarşılaşmasında isə "Neftçi" "Keşlə"ni qəbul edib. "Ağ-qaralar" 2:1 hesablı qələbə ilə liderliyini qoruyub və qış çempionu olub. İkinci pillədə olan "Qarabağ"ın ehtiyatda bir oyunu var.

Qeyd edək ki, bugünkü oyunlardan sonra Premyer Liqada qış fasiləsi yaranıb. Növbəti turun matçları 2021-ci il yanvarın 21-də keçiriləcək.

24 dekabr (cümə axşamı)

18:00. “Neftçi” – “Keşlə” - 2:1 Qol: Mirabdulla Abbasov, 65 (1:0), Rəhman Hacıyev, 68 (1:1), Mirabdulla Abbasov, 81 (2:1) Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov “Bakcell Arena”

16:00. “Səbail” – “Qəbələ” - 1:2 Qollar: Ülvi İsgəndərov, 20 (0:1(, Asif Məmmədov, 27 (0:2), Turan Manasov, 52 (1:2) Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov “ASCO Arena”

16:00. “Sumqayıt” –“ Sabah” - 1:2 Qollar: Slavik Alxasov, 26 (0:1), Xəyal Nəcəfov, 31 (1:1), Aleksey İsayev, 65-pen (1:2) Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev “Kapital Bank Arena”

16:00. “Qarabağ” – “Zirə” - 3:2 Qollar: Ağabala Ramazanov, 2 (0:1), Lazar Corceviç, 47 (0:2), Mahir Emreli, 58 (1:2), Ovusu Kvabena, 83 (2:2), 89 (3:2) Qırmızı vərəqə: Dimitrios Çantakias ("Zirə", ikinci sarı vərəqə), Kevin Medina ("Qarabağ") Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov “Azersun Arena”


Digər xəbərlər