Namiq Abdullayev - 50!

  Bölmə: Maqazin | 396 | 11:39 04-01-2021
Namiq Abdullayev - 50!

Bu gün Azərbaycan idmanının canlı əfsanəsi Namiq Abdullayevin 50 yaşı tamam olur.

OLİMPSPORT xəbər verir ki, sərbəst güləşin inkişafına böyük təkan verərək güləşin bu növünün Azərbaycanda daha da populyarlaşmasında əsas pay sahiblərindən biri olan yubilyar adını idman tariximizə qızıl hərflərlə yazdırıb.

N.Abdullayev Atlanta-1996-da gümüş, Sidney-2000-də qızıl medal qazanaraq müstəqillik tariximizdə ilk ikiqat olimpiya medalçısı ünvanına sahib çıxıb. Dünya və Avropa çempionatlarında ümumilikdə 10 dəfə fəxri kürsüyə qalxıb. 3 qat Avropa çempionu olmaqla yanaşı, dünya çempionatında 3 dəfə gümüş medalı boynundan asıb. Bütün bu uğurlara görə Tərəqqi medalı və Şöhrət ordeni ilə təltif olunub və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adına sahib çıxıb. İdmançı karyerasını başa vurduqdan sonra Azərbaycan Güləş Federasiyasında (AGF) yeniyetmələr üzrə vitse-prezident vəzifəsində fəaliyyət göstərib.

Xatırladaq ki, hazırda təcrübəsindən baş məşqçi kimi yararlanaraq sərbəst güləş üzrə yığma komandanı Olimpiya Oyunlarına hazırlaşdırır.

Yubilyarı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona cansağlığı, işlərində uğurlar və ölkəmizə yeni olimpiya çempionları bəxş etməyi arzulayırıq. 


Digər xəbərlər