Güləşçilərimiz Türkiyə milliləri ilə birgə təlim-məşq toplanışı keçəcək

  Bölmə: Güləş | 948 | 16:05 05-01-2021
Güləşçilərimiz Türkiyə milliləri ilə birgə təlim-məşq toplanışı keçəcək

Güləş yığmalarımız qarşıdakı mühüm yarışlara hazırlıq məqsədilə təlim-məşq toplanışlarına start verib. Sərbəst güləş üzrə millimiz baş məşqçi Namiq Abdullayev və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Bakıda təlim-məşq toplanışına başlayıb.

OLİMPSPORT xəbər verir ki, yanvarın 4-dən etibarən komandamız gündə iki dəfə olmaqla məşq keçir. Hazırlıq prosesi yanvarın 14-dək davam edəcək. Digər millilərimiz isə təlim-məşq toplanışı keçmək üçün Türkiyənin İstanbul şəhərinə yollanıb.

Qadınlardan ibarət yığmamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yanvarın 4-dən 20-dək qonşu ölkədə yerli komandayla birgə hazırlıq keçəcək.

Yunan-Roma güləşi üzrə millimiz də Türkiyə yığmasıyla birgə TMT-də iştirak edəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin nəzarəti altında sabah start götürəcək birgə toplanış yanvarın 16-dək davam edəcək.


Digər xəbərlər