Cəbrayıl Həsənov millimizə baş məşqçi gətirilir

Sərbəst güləş üzrə Olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionu Cəbrayıl Həsənovun gənclərdən ibarət milli komandamıza baş məşqçi təyin olunacağı xəbəri yayılıb.
OLİMPSPORT güləş aləminin etibarlı mənbələrinə istinadən xəbər verir ki, yaxın günlərdə təyinat rəsmi olaraq Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Cəbrayıl Həsənov uzun müddət böyüklərdən ibarət millimizin kapitanı olub. Onun məşqçilik təcrübəsi bir o qədər olmasa da, liderlik xüsusiyiyələri və idmançı təcrübəsi onun bu vəzifənin öhdəsindən layiqincə gələcəyini deməyə əsas verir.
Xatırladaq ki, Cəbrayıl Həsənov idmançı kimi xalçada olduğu kimi həm də bir insan kimi həyatda da etik davranış qaydalarına görə həmişə güləş aləminin sevimlisi olub. İnanırıq ki, gənc məşqçi gənc güləşçilərimizin yüksək nailiyyətlər əldə etməsində maksimum nəticə göstərəcəkdir.
Uğurlar Cəbrayıl müəllim!
-
Fərdi Dünya Kubokunda güləşçilərimiz gümüş və bürünc medal qazanıb
...
-
Güləş üzrə Fərdi Dünya Kuboku start götürüb
...
-
Azərbaycan Güləş Federasiyası mütəmadi olaraq bütün yığmaların heyətini koronavirus testindən keçirir
...
-
Sərbəst güləş üzrə Avropa çempionumuz Qarabağda yaralanıb
...
-
Rusiyada güləş üzrə Moskva "Qran-prisi" keçirilib
...
-
Azərbaycan Güləş Federasiyası Silahlı Qüvvələrin yardım fonduna ianə edib
...
-
Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən onlayn seminar keçirilib
...
-
ADBTİA-nın güləş zalı əsaslı təmir olunub
...
-
Namiq Abdullayev sərbəst güləş üzrə millimizin baş məşqçisi təyin olunub
...
-
Bu gün milli komandalarımızın açıq məşqi keçirilib
...