Qadın güləşçilərimiz Türkiyə və Moldova milliləri ilə təlim-məşq toplanışındadır

  Bölmə: Güləş | 304 | 13:54 10-01-2021
Qadın güləşçilərimiz Türkiyə və Moldova milliləri ilə təlim-məşq toplanışındadır

Qadınlardan ibarət güləş yığmamız İstanbulda təlim-məşq toplanışını davam etdirir.

OLİMPSPORT xəbər verir ki, yanvarın 4-də start götürən hazırlıq prosesi ayın 20-dək davam edəcək. Komandamız baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkiyə və Moldova milliləri ilə birgə hazırlıq keçir. "Qorrion" otelində məskunlaşan komandalar həm fiziki, həm də taktiki-texniki hazırlıq üzərində çalışır.

Qeyd edək ki, TMT qarşıdakı mühüm yarışlara, o cümlədən lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır.


Digər xəbərlər