Türkiyə Kuboku: "Başakşəhər" 1/4 finala vəsiqə qazanıb

  Bölmə: Xarici futbol | 548 | 09:30 14-01-2021
Türkiyə Kuboku: "Başakşəhər" 1/4 finala vəsiqə qazanıb

Yanvarın 13-də futbol üzrə Türkiyə Kubokunda səkkizdəbir final mərhələsinin daha 3 oyunu keçirilib.

OLİMPSPORT xəbər verir ki, "Başakşəhər" səfərdə "Tuzlaspor"un qonağı olub. Görüş qonaqların 5:1 hesablı qələbəsi ilə bitib.

Digər İstanbul təmsilçisi olan "Beşiktaş"da doğma meydanda "Rizəspor" minimal hesabla məğlub edərək dörddəbir finala vəsiqəni təmin edib. Günün digər matçında isə "Konyaspor" öz meydanında "Qaziantep"i 2:1 hesabı ilə üstələyib.

Türkiyə kubokunun növbəti oyunları yanvarın 14-də keçiriləcək.


Digər xəbərlər