Fransada keçirilən "Qran-pri" turnirində iştirak edəcək yunan-Roma yığmamızın heyəti açıqlanıb

  Bölmə: Güləş | 414 | 21:01 16-01-2021
Fransada keçirilən "Qran-pri" turnirində iştirak edəcək yunan-Roma yığmamızın heyəti açıqlanıb

Fransanın Nitsa şəhərində güləş üzrə Henri Deqlan "Qran-pri" turniri davam edir.

OLİMPSPORT xəbər verir ki, sabah  yarışın son günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.


Digər xəbərlər