Azərbaycan Premyer Liqasının qış fasiləsi başa çatıb

  Bölmə: Ölkə futbolu | 518 | 22:57 21-01-2021
Azərbaycan Premyer Liqasının qış fasiləsi başa çatıb

Azərbaycan Premyer Liqasının qış fasiləsi başa çatıb. 

OLİMPSPORT xəbər verir ki, mövsümün ikinci hissəsinə 14-cü turun oyunları ilə start verilib. İlk matç günündə üç qarşılaşma keçirilib. Lider “Neftçi” “Səbail”in qonağı olub və 3:1 hesabı ilə qalib gəlib. "Zirə” isə evdə “Qəbələ” ilə üz-üzə gəlib və rəqibini 2:0 hesabı ilə məğlub edib. Günün son oyununda “Qarabağ” səfərdə “Sabah”la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.

21 yanvar (cümə axşamı)

18:00. “Sabah” – “Qarabağ” - 1:2 Qollar: Rahil Məmmədov, 8 (0:1), Kevin Kumemba, 60 (1:1), Mahir Emreli, 73 (1:2) Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Namiq Bəkirov “Bank Respublika Arena”

16:00. “Zirə”– “Qəbələ” - 2:0 Qollar: Musa Qurbanlı, 45, Davit Volkov, 90+3 Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Nahid Əliyev, Səbuhi Bayramov Zirə İdman Kompleksinin stadionu

16:00. “Səbail” – “Neftçi” - 1:3 Qollar: Əfran İsmayılov, 28-pen (1:0), Sabir Buqrin, 45 (1:1), Emin Mahmudov, 51 (1:2), Sabir Buqrin, 90 (1:3) Hakimlər: Kamal Umudlu, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov “ASCO Arena”

22 yanvar (cümə)

16:00. “Keşlə” – “Sumqayıt” “ASK Arena”


Digər xəbərlər