Yunis Hüseynov istefa verib

  Bölmə: Ölkə futbolu | 299 | 21:46 24-01-2021
Yunis Hüseynov istefa verib

"Keşlə" klubunun baş məşqçisi Yunis Hüseynov istefa verib. OLİMPSPORT xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Məlumatda deyilir:

"Komandamızın baş məşqçisi Yuns Hüseynov bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. Keçirilən görüşdən sonra Yunis Hüseynovun istefası qəbul olunub. 55 yaşlı mütəxəssis “Keşlə” Futbol Klubunun İdarə Heyətinin sədri Zaur Axundova təşəkkür edib, klubumuza uğurlar arzulayıb. Klub rəhbərliyi də öz növbəsində Yunis Hüseynova göstərdiyi xidmətlərə görə təşəkkür edib.

Qeyd edək ki, Y.Hüseynov 2020-ci ilin avqustunda komandamızın baş məşqçisi təyin olunmuşdu".


Digər xəbərlər