İtaliya Kuboku: "İnter" əzəli rəqibini məğlub edib yarımfinala vəsiqə qazanıb

  Bölmə: Xarici futbol | 350 | 09:08 27-01-2021
İtaliya Kuboku: "İnter" əzəli rəqibini məğlub edib yarımfinala vəsiqə qazanıb

Yanvarın 26-da futbol üzrə İtaliya kubokunun dörddəbir final mərhələsinin ilk oyunu keçirilib.

OLİMPSPORT xəbər verir ki, bu mərhələnin ilk matçında Milan şəhərinin iki əzəli rəqibi - “Milan” və “İnter” komandaları üz-üzə gəlib. Oyunda hesabı “Milan” açıb. 31-ci dəqiqədə Zlatan İbrahimoviçin uzaq məsafədən vurduğu zərbə dəqiq olub. Fasilədən sonra hücumlarının kəsərin artıran “İnter” 71-ci dəqiqədə hesaba tarazlıq gətirib. Romelu Lukaku hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirib. Matçın 76-cı dəqiqəsində futbolda nadir hallarda baş verən hakim əvəzetməsi olub. Oyunun 98-ci dəqiqəsində “İnter” hesabda önə keçib. Kristian Eriksenin cərimə zərbəsindən vurduğu baxımlı qol “Neradzurri”yə qələbə qazandırıb. Bu qələbə sayəsində “İnter” yarımfinala yüksəlib.

Qeyd edək ki, dörddəbir final mərhələsinin digər görüşləri aşağıdakılardır:

“Atalanta” - “Latsio”;

“Yuventus” - SPAL

“Napoli” - “Spezia”.


Digər xəbərlər