İngiltərə Premyer Liqası: "Mançester Siti" darmadağınla qalib gəlib

  Bölmə: Xarici futbol | 322 | 09:22 27-01-2021
İngiltərə Premyer Liqası: "Mançester Siti" darmadağınla qalib gəlib

İngiltərə Premyer Liqasında 20-ci tura start verilib.

OLİMPSPORT xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. “Arsenal” səfərdə “Sauthempton”a 3:1, hesabı ilə qalib gəlib. “Mançester Siti” isə “Vest Bromviç”in qonağı olub və 5 cavabsız rəqibini darmadağın edib.

Qeyd edək ki, turnir cədvəlinə 41 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 40 xalla 2-ci, "Lester" 38 xalla 3-cüdür.

26 yanvar

"Kristal Pelas" – "Vest Hem" 2:3

Qollar: Zaha, 3. Batşuayi, 90+7 – Souçek, 9; 25, Douson, 65

"Nyukasl" – "Lids" - 1:2

Qollar: Almiron, 57 – Rafinya, 17, Harrison, 61

"Sauthempton" –" Arsenal" 1:3

Qollar: Armstronq, 3 – Pepe, 8, Saka, 39, Lakazette, 72

"Vest Bromviç" – "Mançester Siti" - 0:5

Qollar: Gündoğan, 6, 30, Kanselo, 20, Mahrez, 45+,. Sterlinq, 57


Digər xəbərlər