Millimizin futbolçusu Danimarkadan təklif alıb

  Bölmə: Ölkə futbolu | 391 | 14:12 27-01-2021
Millimizin futbolçusu Danimarkadan təklif alıb

Bakının “Sabah” klubunun əsas müdafiəçisi və Azərbaycan millisinin üzvü Bəhlul Mustafazadəyə Danimarkadan təklif gəlib.

OLİMPSPORT xəbər verir ki, 23 yaşlı müdafiəçi Danimarkanın “Vayle” klubunun maraq dairəsinə düşüb. Superliqa təmsilçisi futbolçunu heyətinə qatmaqla müdafiə xəttindəki boşluğu aradan qaldırmaq fikrindədir. Ancaq transferin baş tutma variantı o qədər də yüksək deyil. “Vayle” klubu futbolçunu transfer haqqı ödəmədən heyətinə qatmaq istəyib. Bakı təmsilçisi isə buna razılıq verməyib.

Qeyd edək ki, futbolçu bu mövsüm Azərbaycan Premyer Liqasında keçirdiyi 6 oyunda 1 qol vurub. Onun “Sabah”la müqaviləsi 2022-ci ilin iyunun 30-da bitəcək.


Digər xəbərlər