"Barselona" ya yeni prezident seçkisinin vaxtı müəyyənləşib

  Bölmə: Xarici futbol | 267 | 14:19 27-01-2021
"Barselona" ya yeni prezident seçkisinin vaxtı müəyyənləşib

İspaniyanın “Barselona” klubunda koronavirus pandemiyası səbəbindən təxirə salınmış prezident seçkilərinin yeni tarixi açıqlanıb.

OLİMPSPORT xəbər verir ki, seçkilər martın 7-nə təyin olunub. Seçicilər namizədlərə poçt vasitəsilə səs verəcəklər. Hazırda bu vəzifə üçün 3 nəfərin namizədliyi təsdiqlənib. Bunlar Joan Laporta, Viktor Font və Toni Freyşadır. Daha əvvəl Emili Russo şəxsi səbəblərdən namizədliyini geri götürüb.

Qeyd edək ki, Laporta 2003-2010-cu illərdə də “Barselona”nın prezidenti olub. La Liqa təmsilçisində son olaraq bu vəzifəni Jozep Maria Bartomeu yerinə yetirib. O, ötən ilin oktyabrında istefa verib.


Digər xəbərlər