Millimizin üzvü "Albasete" nin qalib gəldiyi oyunda qol vurub

  Bölmə: Xarici futbol | 431 | 19:22 27-01-2021
Millimizin üzvü "Albasete" nin qalib gəldiyi oyunda qol vurub

İspaniya İkinci Liqasında 21-ci turdan təxirə salınmış oyunlar keçirilir.

OLİMPSPORT xəbər verir ki, futbolçumuz Eddi İsrafilovun çıxış etdiyi “Albasete” komandası səfərdə “Alkorkon”a 2:1 hesabı ilə qalib gəlib. E.İsrafilov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. O, 30-cu dəqiqədə komandasının ilk qolunu vurub. “Albasete” Sequndanın turnir cədvəlində 21 xalla 22 komanda arasında 19-cu pillədə qərarlaşıb.


Digər xəbərlər