Azərbaycan Premyer Liqası: "Qarabağ" böyük hesabla liderliyə yüksəlib

  Bölmə: Ölkə futbolu | 394 | 19:08 28-01-2021
Azərbaycan Premyer Liqası: "Qarabağ" böyük hesabla liderliyə yüksəlib

Bu gün Azərbaycan Premyer Liqasında 5-ci turdan təxirə salınan bir oyun keçirilib.

OLİMPSPORT xəbər verir ki, son illərin çempionu “Qarabağ” evdə “Səbail”lə qarşılaşıb. Matçın favoriti olan Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gələrək liderliyə yüksəlib.

Qeyd edək ki, bu görüş milli komandanın matçları ilə əlaqədar təxirə salınmışdı.

28 yanvar

Azərbaycan Premyer Liqası 5-ci turdan təxirə salınan oyun

16:00. “Qarabağ” – “Səbail” - 4:0 Qollar: Kvabena Ovusu, 18, Mahir Emreli, 25, Patrik Andrade, 85, Mahir Emreli, 90+2 Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov “Azersun Arena”


Digər xəbərlər