Ronaldo ən populyar oyunçu seçilib

  Bölmə: Xarici futbol | 479 | 18:31 29-01-2021
Ronaldo ən populyar oyunçu seçilib

“Mailman Group” beynəlxalq idman rəqəmsal agentliyi ən populyar futbolçuları, klubları və liqaları müəyyənləşdirən sorğu keçirib.

OLİMPSPORT xarici KİV-lərə istinadla xəbər verir ki, "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ən populyar oyunçu seçilib. İkinci yerdə PSJ-nin hücumçusu Neymar gəlir. Üçlüyü "Barselona"nın hücumçusu Lionel Messi qapayıb. Ən populyar klublar arasında isə “Barselona”, “Real Madrid”, “Çelsi” qərarlaşıblar. İngiltərə Premyer Liqası, İspaniya çempionatı və Bundesliqa isə ən populyar liqalar seçiliblər.


Digər xəbərlər