Mahir Emreli Azərbaycan çempionatlarında 50-ci qolunu vurub

  Bölmə: Ölkə futbolu | 548 | 18:34 29-01-2021
Mahir Emreli Azərbaycan çempionatlarında 50-ci qolunu vurub

Azərbaycan Premyer Liqasında 50-ci qolunu “Səbail”lə V turdan təxirə salınan oyunda (4:0) vuran “Qarabağ”ın hücumçusu Mahir Emreli yalnız bir klubun heyətində fərqlənib.

OLİMPSPORT xəbər verir ki, o, ölkə çempionatları tarixində eyni klubda 50 və daha çox qol sevinci yaşayan 13-cü futbolçu olub. Ağdam təmsilçisində keçirdiyi 114-cü matçda dubla imza atmaqla əvvəl 50-ci, sonra 51-ci qolunu vuran forvarda qədər 12 oyunçu bunu bacarıb. Emreli “Qarabağ”ın tarixinə çempionatda ən azı 50 qol vuran ikinci futbolçu kimi düşüb. O, yalnız Müşfiq Hüseynovdan geri qalır. M.Hüseynov yarışın tarixində bir klubda ən çox qol vuran oyunçudur. “Neftçi” və “Kəpəz”də üç, “Qarabağ”la “Turan”da iki, Sumqayıt “Xəzər”i, “Viləş” və “Şəmkir”də bir bombardir belə məhsuldarlıq göstərib.


Digər xəbərlər