Millimizin məşqçisi: "Amma etiraf edim ki, bunun öhdəsindən yenə tam gələ bilmədik"

  Bölmə: Ölkə futbolu | 362 | 08:06 30-01-2021
Millimizin məşqçisi: "Amma etiraf edim ki, bunun öhdəsindən yenə tam gələ bilmədik"

Rəqib bizə qarşı yaxşı hazırlaşmışdı. Həm də son illərdə tez-tez qarşılaşdığımızı nəzərə alsaq, bir-birimizi yaxşı tanıdığımızı deyə bilərəm.

OLİMPSPORT xəbər verir ki, bunu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində yanvarın 29-da Bakıda Slovakiya yığmasını 4:1 hesabı ilə məğlub edən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Braziliyalı mütəxəssis bildirib ki, əsas problemimiz yaratdığımız qol epizodlarını realizə edə bilməməyimiz oldu. Hətta məşqlərdə də, oyun öncəsi təlimat zamanı da futzalçılarıma buna diqqət etmələrini tapşırdım. Amma etiraf edim ki, bunun öhdəsindən yenə tam gələ bilmədik.

"Oyuna yaxşı başladıq və birinci hissədə ardıcıl epizodlar yaratdıq, təəssüf ki, bu üstünlüyümüzü hesaba daşıya bilmədik. Bəli, hazırlıq üçün az vaxtımız oldu, fiziki, taktiki planda problemlərimiz görünürdü. İkinci hissənin başlanğıcı çox çətin oldu. Ancaq ikinci qolu vurmağımız rəqibin oyun planında açılmasına səbəb oldu. Biz də yaranan boşluqları düzgün dəyərləndirdik. Vacib olan qələbə idi, onu da qazandıq. İndi Yunanıstanla matçda bunun davamını gətirməliyik”, - deyə baş məşqçi elan edib.

Qeyd edək ki, yığmamız növbəti oyununu fevralın 2-də Afinada Yunanıstan seçməsinə qarşı keçirəcək.


Digər xəbərlər