Messi "Barselona" da 650-ci qolunu vurub

  Bölmə: Xarici futbol | 548 | 11:39 01-02-2021
Messi "Barselona" da 650-ci qolunu vurub

İspaniya La Liqasının 21-ci turu çərçivəsində “Barselona” klubu “Atletik Bilbao” ilə qarşılaşıb.

OLİMPSPORT xəbər verir ki, bu oyun Kataloniya təmsilçisinin ulduz futbolçusu Lionel Messi üçün əlamətdar olub. Belə ki, argentinalı hücumçu “Barselona”nın heyətində çıxış etdiyi yarışlarda 650-ci, İspaniya La Liqasında isə 456 qolunu vurub.

Görüş Barselonada “Nou Kamp” stadionunda keçirilib və “Barselona”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandanın qollarından birini Messi, digərin isə Antuan Qrizman vurub.

Messinin komanda ilə müqaviləsi cari il iyunun 30-dək qüvvədədir. Argentinalı hücumçu ötən yay Katalon klubundan getməyə cəhd edib, ancaq sonra komandada qalmağa qərar verib. Otuz üç yaşlı futbolçuya əsas iddialılar “Mançester Siti” və “Paris Sen-Jermen” komandalarıdır.

“Barselona” 20 matçdan sonra 40 xal toplayıb. Komanda La Liqanın yarış cədvəlində ikinci pilləyə yüksəlib və əlavə göstəricilərə görə “Real Madrid” klubunu qabaqlayıb. “Atletik Bilbao” isə 24 xalla siyahıda 11-ci yerdə qərarlaşıb.


Digər xəbərlər