"Beşiktaş" satdığı oyunçunu yenidən icarəyə görürüb

  Bölmə: Xarici futbol | 534 | 11:45 01-02-2021
"Beşiktaş" satdığı oyunçunu yenidən icarəyə görürüb

Türkiyənin “Beşiktaş” klubu üç il əvvəl İngiltərənin “Everton” komandasına 22,5 milyon avroya satdığı futbolçusu Cenk Tosunu icarə əsasında geri qaytarıb.

OLİMPSPORT xəbər verir ki, 30 yaşlı hücumçu mövsümün sonunadək havayı icarəyə götürülüb. Üstəlik, Tosunun 1,5 milyon avro olan yarım illik təminat məbləğinin bir hissəsini "Everton" qarşılayacaq. O, "qara-qartallar"dan mövsümün sonunadək çıxışının əvəzi olaraq, 1 milyon avro alacaq. Bu keçid Mario Mancukiç və Halkın transferi gerçəkləşmədikdən sonra həyata keçirilib. “Beşiktaş” Rusiya MOİK-nin də ciddi maraqlandığı forvardı geri qaytarmağı bacarıb.

Qeyd edək ki, o, İngiltərədən gəldiyi üçün “Fənərbağça”nın yeni transferi Mesut Özil kimi bir həftə karantində qalacaq. Cenkin ikinci koronavirus testi neqativ çıxdıqdan sonra komandaya qoşulacaq.


Digər xəbərlər