Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib

  Bölmə: Ölkə futbolu | 382 | 21:36 01-02-2021
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

OLİMPSPORT xəbər verir ki, günün nəzərdə tutulan 2 görüşü başa çatıb. "Sumqayıt" doğma meydanda "Səbail"i qəbul edib. Qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb.

Digər oyunda "Qəbələ" "Qarabağ"ın qonağı olub və 1:3 hesabı ilə uduzub.

Qeyd edək ki, bu cütlüklərin cavab oyunları fevralın 6-da keçiriləcək.

1 fevral (bazar ertəsi)

18:00. “Qarabağ” – “Qəbələ” - 3:1

Qollar: Kvabena Ovusu, 55 (1:0), Mahir Emreli, 72 (2:0), 74 (3:0), Ceyms Adeniyi, 88 (3:1)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Tural Qurbanov Reallaşdırılmayan penalti: Uroş Matiç ("Qarabağ"), 33

Tofiq Bəhramov adına Respublika Stadionu

16:00. “Sumqayıt” – “Səbail” - 0:1

Qol: Amil Yunanov, 12 (0:1)

Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Səbuhi Bayramov

“Kapital Bank Arena”

2 fevral (çərşənbə axşamı)

16:00. “Keşlə” – “Kəpəz”

“ASK Arena”

18:00. “Neftçi” – “Zirə”

“Bakcell Arena”


Digər xəbərlər